Bank Of Baku

“Karvan” Cənubi Koreyanın “Daejeon Citizen” klubunu məğlub edib

“Karvan” Cənubi Koreyanın “Daejeon Citizen” klubunu məğlub edib
# 22 yanvar 2007 11:01 (UTC +04:00)
Beş gündür Türkiyədə ikinci dövrənin hazırlığına başlayan Yevlaxın “Karvan” klubu Antalya şəhərində keçirdiyi ilk yoxlama oyununda 2:1 hesablı qələbə qazanıb. Klubun mətbuat katibi Aslan Şahgəldiyevin APA-ya verdiyi məlumata görə, Cənubi Koreyanın yüksək liqasının üçüncü pilləsində qərarlaşan “Daejeon Citizen” komandası ilə görüşdə hər iki qolun müəllifi qış fasiləsində transfer edilən Vadim Vasilyev olub. “Karvan”ın keçirəcəyi növbəti yoxlama oyunlarının tarixi və rəqibi hələ dəqiqləşməyib. /APA/.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR