Bank Of Baku

“Neftçi”nin əvəzedici heyəti “Oik-Enerji” klubuna böyük hesabla məğlub olub

“Neftçi”nin əvəzedici heyəti “Oik-Enerji” klubuna böyük hesabla məğlub olub
# 22 yanvar 2007 11:10 (UTC +04:00)
“Neftçi” hazırda təlim-məşq toplanışında olduğu Türkiyənin Antalya şəhərində Rusiyanın birinci dəstə təmsilçisi “OİK-Enerji” klubuna qarşı iki oyun keçirsə də, qələbə qazana bilməyib. Klubun mətbuat katibi Səbuhi Səfiyarlının APA-ya verdiyi məlumata görə, yanvarın 20-də səhər saatlarında “Neftçi” və “OİK-Enerji” komandalarının əvəzedici heyətləri arasındakı birinci qarşılaşma rusiyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Günün ikinci yarısında əsas komandalar arasındakı görüşdə isə qalib müəyyənləşməyib - 2:2. İlk yarıda 0:2 hesabı ilə geri qalan “Neftçi” klubunun heyətində qolları Rəşad Sadıqovla Rəşad Sadiqov vurub. Əvəzedicilərin qarşılaşmasında müdafiəçisi Ruslan Abışovun zədələndiyini və onun iki həftəlik sıradan çıxdığını söyləyən S. Səfiyarlının sözlərinə görə, “Neftçi” yanvarın 24-də daha iki sınaq matçı keçirəcək. Komandamız həmin gün səhər Rumıniyanın “QFR-1907”, axşam isə Albaniyanın “Tirana” klubu ilə üz-üzə gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR