Bank Of Baku

“Xəzər-Lənkəran” litvalı müdafiəçi ilə müqavilə bağlamaqda problemlə üzləşib

“Xəzər-Lənkəran” litvalı müdafiəçi ilə müqavilə bağlamaqda problemlə üzləşib
# 22 yanvar 2007 11:10 (UTC +04:00)
Lənkəranın “Xəzər-Lənkəran” klubunun baxışa çağırdığı belaruslu Sergey Pavlyukoviçin ardınca, litvalı Darius Jutautas da komandanı tərk edib. Klubun mətbuat katibi Zaur Əzizovun APA-ya verdiyi məlumata görə, litvalı müdafiəçi hazırda vətəninə yollansa da, onunla danışıqlar davam edir: “Jutautasın Litvada çıxış etdiyi Klaypedanın “Atlantas” klubu ilə yarım illik müqaviləsi olsa da, bu, bizə problem yaratmır. Komandamız “Atlantas” klubuna tələb olunan kompensasiyanı ödəməyə razıdır. Problem yalnız futbolçu ilə bağlıdır. Çünki onunla hələ razılığa gələ bilməmişik”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” ötən həftə qayıtdığı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ikinci təlim-məşq toplanışına yanvarın 25-də yollanacaq. Yeni legionerlərin bu müddətədək komandanın heyətində olması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR