Bank Of Baku

“Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev: “Şerif” bizə bütün qolları əziyyət çəkmədən vurdu”

“Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev: “Şerif” bizə bütün qolları əziyyət çəkmədən vurdu”
# 22 yanvar 2007 11:40 (UTC +04:00)
Bu fikirləri APA-ya verdiyi açıqlamasında hazırda Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində Azərbaycanı təmsil edən “Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev söyləyib. Turnirin debütündə “Şerif” klubuna məğlub olduqları görüşdə komandasının yüksək səviyyədə çıxış etdiyini söyləyən B. Hacıyevin sözlərinə görə, “Bakı” bütün komponentlərdə rəqibini üstələyib: “Bir ilə yaxındır “Bakı”nın baş məşqçisiyəm. İndiyədək komandamızın “Şerif”ə qarşı nümayiş etdirdiyi oyunu başqa oyunda görməmişəm. “Şerif” bizə əziyyət çəkib qol vurmadı. Çox təəssüflər olsun ki, bu görüşdə müdafiəçilərin və qapıçımızın buraxdığı səhvlərin qurbanı olduq. Qapımıza dörd qolun hamısı səhvlərimiz ucbatından vuruldu”. Baş məşqçinin sözlərinə görə, “Şerif”lə qarşılaşmada 3:4 hesabı ilə uduzmaları hər iki komandanın açıq oyun sərgiləməsindən xəbər verir. Qırğızıstanın “Dordoy-Dinamo” komandası ilə oyuna gəlincə, B. Hacıyev bildirib ki, hesab daha böyük ola bilərmiş: “Rəqib oyunumuza bələd olduğundan, bizimlə görüşə çox ehtiyatla başladı. Demək olar ki, bütün komanda ilə müdafiəyə çəkildilər. Buna baxmayaraq, hesabı açanadək 5-6 real qol vəziyyətimiz oldu. Çox təəssüf ki, yaratdığımız imkanları qola çevirə bilmədik. Qolun 1-ci və ya sonuncu dəqiqədə vurulmasının fərqi yoxdur. Bizə nəticə lazım idi. Buna da nail olduq”. Verdiyi bütün tapşırıqların yetirmələri tərəfindən yerinə yetirildiyini vurğulayan baş məşqçi Rail Məlikovun qırmızı vərəqə aldığı epizoda da toxunub: “Rail qırmızı vərəqəni bilə-bilə almayıb. Rəqib onu kobud oyuna təhrik etdi. Məlikov ona cavab verməməli idi. Əslində cavab da vermədi. Lakin hakim onların hər ikisini meydandan qovdu. Həmin epizodda ciddi insident baş verməyib. Hakimlər olaya müdaxilə etdikdən sonra ara sakitləşib. Railin də turnirin təşkilat komitəsi tərəfindən ciddi cəzalanacağından söhbət gedə bilməz. “Levadiya” ilə oyunu buraxacaq və ¼ finala vəsiqə qazansaq, yenə bizimlə olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR