Bank Of Baku

Şahin Diniyev: “Yığma üzvlərinin fiziki hazırlıqları yaxşı deyil”

Şahin Diniyev: “Yığma üzvlərinin fiziki hazırlıqları yaxşı deyil”
# 22 yanvar 2007 12:44 (UTC +04:00)
Milli komandamızın baş məşqçisi Şahin Diniyev Türkiyəyə səfərini başa vuraraq, bu gün səhər saatlarında vətənə dönüb. Yığmamızın çalışdırıcısı Antalya şəhərində olduğu 10 gün müddətində “Neftçi”, “İnter” və “Qarabag” klublarının təlim-məşq toplanışlarını və bu komandaların keçirdikləri yoxlama oyunlarını izləyib. Ş.Diniyev qonşu ölkəyə səfəri ilə bağlı APA-ya verdiyi açıqlamasında klublarımızın heyətində çıxış edən yığma üzvlərinin fiziki hazırlıqlarında problem olduğunu vurğulayıb: “Antalyada “Neftçi”, “İnter” və “Qarabağ” klublarının hər birinin iki oyununu izlədim. Bu qarşılaşmalar çoxlu əvəzetmələrlə yadda qaldı. Burada məşqçilərin əsas məqsədi gələcəyin komandasını qurmaqdan ibarət idi. Gördüyüm mənzərəyə əsasən belə fikir yürütmək olar ki, vəziyyət acınacaqlı deyil. Düzdür, hazırda futbolçuların, o cümlədən yığma üzvlərinin fiziki hazırlıqları yaxşı deyil. Ancaq bunu müvəqqəti hal sayıram. Hesab edirəm ki, futbolçular 4-5-ci yoxlama oyununda lazımi fiziki formada olacaqlar”.
Qeyd edək ki, baş məşqçinin Türkiyəyə səfərində əsas məqsəd UEFA-nın 18 ay müddətinə cəzalandırdığı Sergey Sokolovun mövqeyinə oyunçu axtarmaq idi. Ş.Diniyev namizədləri özü üçün müəyyənləşdirdiyini söyləməklə yanaşı, hələlik qəti qərara gəlmədiyini bildirib. Buna səbəb məşqçinin “Bakı” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində oyunlarını izləyə bilməməsidir. Ş. Diniyev həmçinin vurğulayıb ki, son ölkə çempionunun qrup oyunlarının kasetlərini izlədikdən sonra həftənin sonunadək fevralın 7-də Özbəkistan yıgması ilə səfərdə keçiriləcək yoldaşlıq görüşü üçün millinin heyətini açıqlayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR