Bank Of Baku

Asim Xudiyev Hollandiyada hakim-inspektorlar üçün keçiriləcək seminara dəvət alıb

Asim Xudiyev Hollandiyada hakim-inspektorlar üçün keçiriləcək seminara dəvət alıb
# 22 yanvar 2007 13:34 (UTC +04:00)
Fevralın 22-də Hollandiyanın Alkmaar şəhərində beynəlxalq hakim-inspektorlar üçün seminar təşkil ediləcək. Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) təşkilatçılığı ilə iki gün davam edəcək toplantı iştirakçıları arasında bir həmyerlimiz də olacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından APA-ya verilən məlumata görə, Avropadan ümumilikdə 10 hakim-inspektorun dəvət aldığı seminarda ölkəmizi Asim Xudiyev təmsil edəcək. Seminarın təşkilində əsas məqsəd UEFA-nın hakimlər haqda konvensiyasını təqdim etmək, Avropanın rəsmi oyunlarında hakimlərin işinin analizinin həyata keçirilməsi, praktiki nəzarət, ideya və fikirlərin mübadiləsi ilə yanaşı, hakim-inspektorlarla yaxından tanış olmaq və onların işini qiymətləndirməkdən ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR