Bank Of Baku

Bolqarıstan “Lokomotiv”inin hücumçusu Bakı “İnter”ində baxışdadır

Bolqarıstan “Lokomotiv”inin hücumçusu Bakı “İnter”ində baxışdadır
# 22 yanvar 2007 14:21 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “İnter” klubunu daha bir legioner tərk edib. Komandanın ukraynalı baş məşqçisi Valentin Xodukinin APA-ya verdiyi məlumata görə, şəxsi işləri ilə əlaqədar vətəninə yollanan litvalı Andreas Deqdaudas artıq hazırlıqda iştirak etmir. A. Deqdaudasın həftənin sonunadək komandaya qatılacağını söyləyən V. Xodukin Bolqarıstan çempionatında çıxış edən “Lokomotiv” klubunun hücumçusu Vladislav Zlatinovu da baxışa çağırdığını bildirib. 24 yaşlı futbolçu bu gün “İnter”in heyətində “Şinnik”ə qarşı yoxlama oyununda forma geyinəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR