Bank Of Baku

Vaqif Cavadovun atası onun MOİK-ə qayıdacağını istisna etmir

Vaqif Cavadovun atası onun MOİK-ə qayıdacağını istisna etmir
# 22 yanvar 2007 15:33 (UTC +04:00)
“Kocaelispor” klubunun rəhbərliyi milli komandamızın 18 yaşlı hüÑ?umçusu Vaqif Cavadova 3,5 illik müqavilə təklif edib. Bu barədə APA-ya futbolçunun atası Füzuli Cavadov məlumat verib. O, az öncə Moskvaya yollanaraq oğlunun məxsus olduğu MOİK klubunun rəhbərliyi ilə danışıq apardığını söyləsə də, problemin tamamilə həll olunmadığını bildirib: “MOİK klubunun Vaqifə görə tələb etdiyi 100 min dolları yarıyadək azalda bildim. Ancaq “Kocaelispor” 50 min dolları da vermək istəməyərək, bunu klubun maddi imkanlarının aşağı olması ilə əlaqələndirir. Türkiyəlilər bu məbləği bizim ödəməyimizi istəyirlər. Biz buna razıyıq. Ancaq bunun üçün “Kocaelispor” bizə transfer haqqını ödəməlidir. Biz 700-800 min dollar istəsək də, “Kocaelispor” 400 min dollar verə biləcəyini diqqətimizə çatdırdi. Əslində söhbət heç də puldan getmir. Bu məbləğə də razıyıq. Ancaq məsələ ondadır ki, “Kocaelispor” Vaqifə 3,5 illik müqavilə təklif edir. Bu müddət isə çox olduğundan biz razılaşmırıq. Biz 2-2,5 illik müddətə anlaşmağa razıyıq”. F.Cavadov həmçinin bildirib ki, oğlunun “Kocaelispor”a transferi baş tutmasa belə, Türkiyənin aşağı divizionunda çıxış edən digər klublara keçmək variantları mövcuddur: “Vaqif “Kocaelispor”un düşərgəsində olduğu müddətdə “Samsunspor” da ona maraq göstərib”. Oğlunun Türkiyədə legioner karyerasının reallaşmasını inandırıcı saymayan F. Cavadov Vaqifin MOİK klubuna qayıdışını istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR