Bank Of Baku

“Olimpik” transferlərini yekunlaşdırıb

“Olimpik” transferlərini yekunlaşdırıb
# 22 yanvar 2007 16:18 (UTC +04:00)
Afrikalı futbolçuları Pate Banqura və Morris Pedroyla bağlı yaranan viza probleminə görə Türkiyənin Antalya şəhərinə hazırlığa yollana bilməyən “Olimpik” Bakıda təlim-məşq toplanışı keçirəcək. Bu barədə APA-ya klubun mətbuat katibi Eldəniz Yusifov məlumat verib. Onun sözlərinə görə, komanda sabahdan “Şəfa” İdman-Saglamlıq Mərkəzində təlim-məşq toplanışına yığışacaq və yanvarın sonunadək bu arenada hazırlığını davam etdirəcək. İki yoxlama oyunu keçirməyi planlaşdıran “Olimpik” hazırda rəqib axtarışındadır. Qeyd edək ki, “Olimpik” ölkə kənarında da sınaq matçı keçirmək fikrindədir. Komanda bu məqsədlə ötən yay oldugu kimi, yenə Gürcüstana yollanmağı planlaşdırır. “Olimpik” bu dəfə “Olimpiya” komandası ilə qüvvəsini sınamaq fikrindədir. E. Yusifov həmçinin bildirib ki, klub Xəyal Zeynalovu heyətinə cəlb etdikdən sonra transferlərini yekunlaşdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR