Bank Of Baku

Çimərlik Futbolu Federasiyası stadion tikintisi üçün vəsait axtarır

Çimərlik Futbolu Federasiyası stadion tikintisi üçün vəsait axtarır
# 23 yanvar 2007 09:02 (UTC +04:00)
“İki ildir çimərlik futbolu üçün stadion tikilməsinə yer ayrılması xahişi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Ancaq indiyədək heç bir cavab almamışıq”. Bu sözləri APA-ya açıqlamasında Çimərlik Futbolu Federasiyasının (ÇFF) prezidenti Vidadi Əhmədov bildirib. Onun sözlərinə görə, müraciətdə Novxanı, Buzovna, Mərdəkan və Şıx çimərliklərindən birində standart ölçülərə (25X37) malik tribunalı stadion tikintisi üçün ərazi istənilib: “Paytaxt rəhbərliyindən heç bir cavab almadığımızdan Sumqayıt şəhər rəhbərliyinə müraciət etmişik. Ölkəmizin üçüncü ən böyük şəhərində bizə yer ayrılıb. Amma stadionu tikmək üçün vəsait axtarırıq. Tamaşaçı tutumunun nə qədər olacağı əldə edəcəyimiz vəsaitin həcmindən asılıdır”. V. Əhmədov hazırda tamaşaçısız meydançaların hazırlanması istiqamətində fəaliyyət göstərdiklərini söyləyib. O bildirib ki, həvəskar səviyyədə məşğul olmaq üçün milli çempionatın yüksək liqasında çıxış edən klublara müraciət edilib: “Futbol klubları yayda istirahətdə olurlar. Bu səbəbdən onların çimərlik yarışlarına qatılmaları üçün futbolçularına şərait yaratmasına dair razılıq almışıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR