Bank Of Baku

MOİK stadionunun tamaşaçı tutumu 8 minə çatdırılacaq

MOİK stadionunun tamaşaçı tutumu 8 minə çatdırılacaq
# 23 yanvar 2007 09:39 (UTC +04:00)
Yaxın müddətdə Mərkəzi Ordu İdman Klubunun (MOİK) stadionunda əsaslı təmir işlərinə başlanılacaq. Bu barədə APA-ya MOİK-in rəis müavini Şamil Cəfərov məlumat verib. Onun sözlərinə görə, stadionun tamaşaçı tutumunun 8 minə çatdırılması nəzərdə tutulub. Bununla bağlı layihə-smeta sənədlərinin hazırlanıb Müdafiə Nazirliyinə (MN) təqdim olunduğunu söyləyən Ş. Cəfərov bildirib ki, stadionun əsaslı təmirinə MN-nin vəsait ayırmasından sonra başlanılacaq: “Tribunalarda plastik oturacaqlar quraşdırılacaq. Çox güman ki, meydançanın ot örtüyü də dəyişdiriləcək, drenaj sistemi qurulacaq”.
Qeyd edək ki, MOİK stadionu hazırda 3000 tamaşaçı tutumuna malikdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR