Bank Of Baku

“İnter” Antalyada qələbəyə həsrət qalıb

“İnter” Antalyada qələbəyə həsrət qalıb
# 23 yanvar 2007 09:46 (UTC +04:00)
Bakının “İnter” klubu Antalyada hazırlıq çərçivəsində keçirdiyi dördüncü yoxlama oyununda da qələbə qazana bilməyib. Komandanın ukraynalı baş məşqçisi Valentin Xodukinin APA-ya verdiyi məlumata görə, Rusiyanın birinci dəstə təmsilçisi Yaroslavlın “Şinnik” klubu ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu, komandamızın hazırlıq prosesində məğlub olmadığı yeganə oyun olub. “İnter”in heyətində qolu Moskvanın “Dinamo” klubunun əvəzediciləri ilə ilk yoxlama görüşündə də fərqlənən Daniel Axtyamov vurub. V. Xodukin həmçinin bildirib ki, Bolqarıstandan Plovdivin “Lokomotiv” klubundan baxışa çağırdığı 24 yaşlı hucumçu Vladislav Zlatinovu artıq ilk sınaqdan sonra bəyənməyərək geri qaytarıb. İndiyədək yoxlama oyunlarında ancaq Rusiya komandaları ilə qarşılaşan “İnter” bu dəfə yanvarın 26-da Ukraynanın Odessa şəhərinin “Çernomorets” klubu ilə qüvvəsini sınayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR