Bank Of Baku

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının yeni baş məşqçisi yaxın günlərdə müəyyənləşəcək

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının yeni baş məşqçisi yaxın günlərdə müəyyənləşəcək
# 23 yanvar 2007 10:18 (UTC +04:00)
Azərbaycanın 21 yaşlardan ibarət yığma komandasının yeni baş məşqçisinin adı yanvarın sonunda müəyyənləşəcək. Bu haqda APA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Milli Komandalar üzrə Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. Onun sözlərinə görə, hazırda ölkə xaricində olan AFFA prezidenti Ramiz Mirzəyevlə baş katib Fuad Əsədov Bakıya qayıtdıqdan sonra millidə Nazim Əliyevi əvəzləyəcək məşqçinin adı bəlli olacaq.
Qeyd edək ki, 21 yaşlılardan ibarət yığma komandamızın baş məşqçi postu ötən ilin mayından boş qalıb. Sabiq baş məşqçi Nazim Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiyanın 21 yaşlılardan ibarət yığmasına hər iki oyunda məğlub olduqdan sonra postu ilə vidalaşıb. Müqaviləsi başa çatan N.Əliyevə yeni təklif göndərməyərək ona əvəzləyici axtaran AFFA rəhbərliyi fevraladək yeni baş məşqçi problemini həll etməlidir. Belə ki, fevralda növbəti Avropa çempionatının püşkatmasının keçiriləcəyi gözlənilir. B.Əsgərovun sözlərinə görə, püşkatmanın konkret tarixi ilə bağlı AFFA-ya hələlik məlumat verilməyib: “Əslində püşk ötən il dekabrın 23-də keçirilməli olsa da, həmin tarixdə baş tutmadı. Püşkün fevralda keçiriləcəyini eşitsək də, hələlik UEFA bizə rəsmi məlumat göndərməyib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR