Bank Of Baku

Vüsal Əliyev Litva və Türkmənistan çempionları arasındakı oyunu idarə edəcək

Vüsal Əliyev Litva və Türkmənistan çempionları arasındakı oyunu idarə edəcək
# 23 yanvar 2007 10:44 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində ölkəmizi təmsil edən FİFA referisi Vüsal Əliyev bu gün baş hakim kimi ilk oyununa çıxacaq. V. Əliyevin APA-ya verdiyi məlumata görə, bu, “Dinamo” manejində keçiriləcək “Kaunas” (Litva) MTTU (Türkmənistan) komandaları arasındakı matç olacaq. Oyun yerli vaxtla saat 15:00-da başlayacaq. V.Əliyev əvvəlki iki turda təyinat almamasının səbəbini də açıqlayıb: “İlk turda “Kaunas” “Sioni” görüşünü idarə etmək mənə həvalə edilmişdi. Ehtiyat hakim isə özbəkistanlı Ravşan İrmatov olmalı idi. Lakin İrmatov ilk turdan sonra Malayziyada keçiriləcək beynəlxalq turnirə yollanmalı olduğundan, mən onun turnirdə hansısa oyunu baş hakim kimi idarə etməsinə razılıq verdim, özüm ehtiyat hakim oldum. İkinci turda isə MOİK (Rusiya) BATE (Belarus) görüşünə ehtiyat hakim kimi çıxdım”. Həmvətənimiz həmçinin bildirib ki, dünən təsnifat mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Hakimlər Komitəsi üç rusiyalı ilə yanaşı, Ermənistan və Azərbaycan hakimlərinin növbəti oyunlara saxlanılması haqda qərar çıxarıb. V.Əliyevin sözlərinə görə, 1/4, 1/2 və final oyunlarının təyinatları ya bu axşam, ya da sabah səhər məlum olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR