Bank Of Baku

“Turan” klubu FİFA-ya şikayət edəcək

“Turan” klubu FİFA-ya şikayət edəcək
# 23 yanvar 2007 11:14 (UTC +04:00)
“Turan” bolqarıstanlı legioner Asen Nikolovun transfer vərəqəsini göndərmədiyinə görə Serbiyanın “Partizan” klubundan FİFA-ya şikayət etməyə hazırlaşır. Bu haqda APA-ya klubun icraçı-direktoru Yaşar Sultanov məlumat verib. Onun sözlərinə görə, bu qalmaqalla əlaqədar “Partizan” rəhbərliyinə konkret vaxt verilib: “Asen xeyli vaxtdır Bolqarıstanın “Nafteks” klubunun heyətindədir. Nikolovla “Turan” arasında müqavilə ilyarımdan sonra başa çatsa da, biz onu “Nafteks”ə satırıq. Ancaq Asenin bir müddət əvvəl formasını geyindiyi “Partizan” onun transfer vərəqəsini göndərməyib. Bu səbəbdən futbolçunun “Nafteks”ə keçidini reallaşdıra bilmirik. Buna görə də “Partizan”la bağlı FİFA-ya şikayət etmək fikrindəyik. Əslində bunu artıq edə də bilərdik. Sadəcə, məsələ ondadır ki, serbiyalılarla axırıncı danışığımızdan sonra bizdən şikayət etməməyi, bir qədər də gözləməyi xahiş ediblər. Biz də “Partizan” klubuna daha bir gün vaxt vermişik. Serblər Asenin transfer vərəqəsini bu gun də göndərməsə, vaxt itirmədən FİFA-ya şikayət edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR