Bank Of Baku

Azərbaycanın futzal yığması Avropa çempionatından əvvəl Türkiyə ilə iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycanın futzal yığması Avropa çempionatından əvvəl Türkiyə ilə iki yoldaşlıq oyunu keçirəcək
# 23 yanvar 2007 11:49 (UTC +04:00)
Azərbaycanın futzal yığması səfərə çıxacaq. Milli komandamız Avropa çempionatına hazırlıq məqsədilə Türkiyəyə yollanaraq, meydan sahibləri ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq. APA-nın məlumatına görə, fevralın 18-də qonşu ölkəyə yollanmağı planlaşdıran yığmamız növbəti iki gündə Türkiyə ilə iki görüşdə qüvvəsini sınayacaq. Qeyd edək ki, bir müddət əvvəl Bakıda olan Türkiyə futzalçıları millimizlə keçirdiyi hər iki qarşılaşmada meydanı məğlubiyyətlə tərk etmişdilər. Millimiz Avropa çempionatının seçmə qrup oyunlarının keçiriləcəyi Hollandiyaya fevralın 21-də yollanacaq. Yığmamız Avropa çempionatının seçmə mərhələsində meydan sahibləri ilə yanaşı, Serbiya və Finlandiya milliləri ilə üz-üzə gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR