Bank Of Baku

UEFA prezidenti seçkilərində ilk üç turda qalib müəyyənləşməsə, qalib püşk vasitəsilə müəyyənləşəcək

UEFA prezidenti seçkilərində ilk üç turda qalib müəyyənləşməsə, qalib püşk vasitəsilə müəyyənləşəcək
# 23 yanvar 2007 11:49 (UTC +04:00)
Yanvarın 25-26-da Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) Konqresində bu qurumun yeni prezidenti püşk yolu ilə müəyyənləşə bilər. APA-nın UEFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, bu varianta prezident postuna namizədlər - Lennart Yuhansson və Mişel Platininin bərabər sayda səs toplayacaqları halda müraciət olunacaq. İlk turda namizədə qələbə üçün 52 Milli Assosiasiyanın səslərinin mütləq çoxluğunu 2/3 hissəsini qazanmaq lazımdır. Bu zaman istifadə olunmayan və yararsız vəziyyətə düşən bülletenlər nəzərə alınmayacaq. Bu, baş verməsə, ikinci tur təyin olunacaq. Bu halda namizədlərdən birinə nisbi çoxluğunun səsi bəs edəcək. Lazım gəlsə, eyni reqlamentlə üçüncü tur da təyin olunacaq. Yenə də qalib müəyyənləşməsə, püşk atılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR