Bank Of Baku

Azərbaycanın yığma komandası Gürcüstanla qarşılaşacaq

Azərbaycanın yığma komandası Gürcüstanla qarşılaşacaq
# 23 yanvar 2007 12:55 (UTC +04:00)
Avropa çempionatının ikinci seçmə mərhələsinə hazırlaşan Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandası Gürcüstanla qarşılaşacaq. Millimizin baş məşqçisi Arif Əsədovun APA-ya verdiyi məlumata görə, gürcülər aprelin 23-də və 25-də komandamızla Bakıda görüşməyə razılıq veriblər. Millimiz mayın 30-da start götürəcək qitə birinciliyinin ikinci seçmə mərhələsinədək daha iki görüşdə qüvvəsini sınamağı planlaşdırıb. A. Əsədovun sözlərinə görə, yığmanın fevralda İranla yoldaşlıq görüşünün keçirilməsi və ya Rusiyanın Krasnodar vilayətində bir həftəlik təlim-məşq toplantısına yollanması nəzərdə tutulub. Mayın əvvəllərində Türkiyə ilə yoldaşlıq görüşünün keçirilməsi istiqamətində danışıqlar aparıldığını söyləyən baş məşqçi həmçinin bildirib ki, oyunların tarixi yaxın günlərdə müəyyənləşəcək. Xatırladaq ki, Avropa çempionatının ikinci seçmə mərhələsində 5-ci qrupda yer alan komandamız 30 may - 4 iyun aralığında Norveç, İspaniya və İslandiya ilə qarşılaşacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR