Bank Of Baku

Vaqif Cavadov: “Kocaelispor”a keçidimdə yaranan problem müqaviləmin şərtlərində razılıq əldə olunmaması ilə bağlıdır”

Vaqif Cavadov: “Kocaelispor”a keçidimdə yaranan problem müqaviləmin şərtlərində razılıq əldə olunmaması ilə bağlıdır”
# 23 yanvar 2007 13:28 (UTC +04:00)
Türkiyənin “Kocaelispor” klubunda baxışda olan milli komandamızın 18 yaşlı hücumçusu Vaqif Cavadov məxsus olduğu Moskva MOİK komandasına qayıdır. Bu haqda APA-ya futbolçunun özü məlumat verib. Hazırda Bakıda olan V.Cavadovun sözlərinə görə, yenidən Moskvaya yollanıb MOİK-in heyətində hazırlığını davam etdirəcək. Hücumçumuz karyerasını “Kocaelispor” klubunda davam etdirəcəyinə ümidini itirmədiyini bildirib: “Türkiyəlilər MOİK-in mənə görə tələb etdiyi 50 min dolları ödəməyə hazırdır. İndi əsas məsələ özümlə bağlanacaq müqavilənin şərtlərində razılığın əldə olunmasıdır. Belə ki, müqavilənin müddətinin 3,5 il olması bizə sərf etmir. Biz 2 və 2,5 illik müqaviləyə razıyıq. Ancaq türkiyəlilər bu müddəti təkid etsələr, müqaviləyə görə bizə çatacaq məbləğin artırılmasına çalışacağıq. Yəni 3,5 ilə 400 min dollar bizi qane etmir. Bununla belə, “Kocaelispor”a keçidimin baş tutacağına ümidini itirmirəm. Hələlik formamı itirməmək məqsədilə MOİK klubunun düşərgəsinə yollanıram. Ancaq daha MOİK-in əvəzedici heyətində çıxış etmək istəmədiyimdən, orada qalmayacam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR