Bank Of Baku

“Bakı” MDB və Baltikyanı ölkələrin çempionlarının kubokunda 1/4 finala çıxıb

“Bakı” MDB və Baltikyanı ölkələrin çempionlarının kubokunda 1/4 finala çıxıb
# 23 yanvar 2007 14:14 (UTC +04:00)
MDB və Baltikyanı ölkələrin çempionlarının kuboku turnirində Azərbaycanı təmsil edən “Bakı” qrupda keçirdiyi sonuncu oyununda Estoniyanın “Levadiya” komandası üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib. Komandamızın heyətində qələbə topunu oyunun 52-ci dəqiqəsində Amiran Muciri vurub. Qarşılaşmadan sonra APA-ya açıqlama verən “Bakı”nın baş məşqçisi Böyükağa Hacıyev Estoniya çempionu ilə oyunun ağır keçdiyini söyləyib: “Bu görüş hər iki komanda üçün çox böyük əhəmiyyət kəsb edirdi. Futbolçularıma təşəkkür edirəm. Özlərində güc tapıb “Levadiya” üzərində qələbə qazandılar”. B.Hacıyev oyunda vurulan yeganə qolun müəllifini əvəzlədiyini söyləyib: “İkinci hissənin ortalarında Mucirinin ayağı ağrıyırdı. Bu səbəbdən onu Elnur Abdullayevlə əvəzlədim. Qol isə gözəl alındı. Top cərimə meydançası daxilində Amirana düşdü. O, topu rahatlayıb uzaq küncə göndərdi”. Bu qələbə sayəsində komandamız B qrupunda 6 xalla ikinci yeri tutaraq 1/4 finala vəsiqə qazanıb. Növbəti mərhələdə “Bakı” A qrupunun lideri ilə qarşılaşacaq. Rəqibin adı isə axşam saatlarında müəyyənləşəcək. Buna baxmayaraq, B.Hacıyev finaladək irəliləmək arzusunda olduğunu bildirib: “Çalışacağıq ki, yolumuza davam edək. Turnirdə bizim qrupdan güclüsü yox idi. Bundan sonra qarşımıza çıxacaq rəqiblərin hamısı əvvəlkilərdən zəif olacaq. Öz komandama inanıram, qüdrətini bilirəm. Ona görə, narahat olmağa dəyməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR