Bank Of Baku

“Neftçi” “Tirana” ilə oyundan imtina edib

“Neftçi” “Tirana” ilə oyundan imtina edib
# 23 yanvar 2007 14:39 (UTC +04:00)
Dördqat Azərbaycan çempionu “Neftçi” Antalya şəhərindəki hazırlığı çərçivəsində sabah keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərini dəyişib. Bu haqda APA-ya klubun mətbuat katibi Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, qarşılaşacaqları rəqiblər kobud oyuna üstünlük verdiyindən, zədə ehtimalı nəzərə alınaraq, başqa komandalarla görüşmək daha məqsədəuyğun sayılıb. Bu səbəbdən sabah günün ilk yarısında Rumıniyanın “QFR-1907”, axşam isə Albaniya çempionu “Tirana” ilə keçirilməsi planlaşdırılan görüşlər baş tutmayacaq. Əvəzində “Neftçi” növbəti yoxlama oyunlarında Türkiyənin ikinci dəstə komandası və Rumıniyanın “Otselul” klubu ilə qarşılaşacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR