Bank Of Baku

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Ukrayna ilə qarşılaşacaq

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Ukrayna ilə qarşılaşacaq
# 23 yanvar 2007 14:39 (UTC +04:00)
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası fevralda yoldaşlıq görüşündə qüvvəsini sınamaq fikrindədir. Bu haqda APA-ya millimizin baş məşqçisi Yaşar Vahabzadə məlumat verib. Onun sözlərinə görə, yoldaşlıq görüşlərinin reallaşması üçün hazırda Ukrayna və Gürcüstan Futbol Federasiyaları ilə danışıqlar aparılır.
Xatırladaq ki, yeniyetmə futbolçularımız Avropa çempionatının ikinci seçmə mərhələsində 3-cü qrupda İngiltərə, Serbiya və Bosniya və Hersoqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq. Bu qrupun oyunları martın 21-dən 25-dək Bosniya və Herseqovinada təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR