Bank Of Baku

FİFA prezidenti Yozef Blatter AFFA-nın legioner limiti ilə bağlı qərarını dəstəkləyib

FİFA prezidenti Yozef Blatter AFFA-nın legioner limiti ilə bağlı qərarını dəstəkləyib
# 23 yanvar 2007 14:50 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyev Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) başçısı Yozef Blatterlə görüşüb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun APA-ya verdiyi məlumata görə, Azərbaycan futbolunun gələcək perspektivlərinin müzakirə olunduğu görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb: “Blatter AFFA-nın ölkə futbolunun inkişafı istiqamətində gördüyü tədbirlərlə maraqlanıb. O, Azərbaycanda qəbul olunmuş “Futbolun inkişafına dair Dövlət Proqramı”nı və onun həyata keçirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. FİFA prezidenti həmçinin 2004-cü ildə Azərbaycana səfərini, ölkə başçısı İlham Əliyevlə səmimi və məhsuldar şəraitdə keçən görüşünü xatırladıb”. M. Nərimanoğlunun sözlərinə görə, Y.Blatter AFFA-nın ötən il aprelin 26-da keçirilmiş konfransında legioner limitinin azaldılmasına dair qəbul edilən qərarı yüksək qiymətləndirib. O, qeyd edib ki, bu addım FİFA-nın perspektiv siyasətinə uyğundur və bütün dünyada başlanan prosesin tərkib hissəsidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR