Bank Of Baku

Ramiz Mirzəyev: “AFFA-nın FİFA və UEFA ilə əməkdaşlığı uğurla həyata keçirilir”

Ramiz Mirzəyev: “AFFA-nın FİFA və UEFA ilə əməkdaşlığı uğurla həyata keçirilir”
# 23 yanvar 2007 15:10 (UTC +04:00)
“AFFA FİFA və UEFA ilə əməkdaşlığı çox uğurla həyata keçirir”. APA-nın məlumatına görə, bunu Moskvada Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Yozef Blatterlə görüşündə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyev deyib. FİFA və UEFA-nın futbolun inkişafına dair proqramlara malik olduğunu və məqsədyönlü maliyyələşmə apardığını söyləyən R. Mirzəyev bildirib ki, Azərbaycanda da futbolun inkişafı üçün lazımi resurslar ayrılır və ortaya çıxan problemlər həll edilir: “Lakin ən əsası ölkə prezidenti İlham Əliyev başda olmaqla, dövlətimiz tərəfindən bu idman növünün inkişafına böyük diqqət ayrılır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR