Bank Of Baku

“Karvan” ikinci dövrədən ev oyunlarını əsas meydançasında keçirəcək

“Karvan” ikinci dövrədən ev oyunlarını əsas meydançasında keçirəcək
# 23 yanvar 2007 15:10 (UTC +04:00)
Yevlaxın “Karvan” klubu ikinci dövrədən ev oyunlarını əsas meydançasında keçirəcək. Bu haqda APA-ya məlumatı klubun mətbuat katibi Aslan Şahgəldiyev verib. Onun sözlərinə görə, əsas meydança artıq tam hazır vəziyyətdədir. Qeyd edək ki, “Karvan” iki ilə yaxındır stadionun əsas meydançasında oynamır. 2004/05 mövsümünün sonundan etibarən rəqibləri ilə yardımçı meydançada görüşən “Karvan” əsas meydançada yenidənqurma işlərinin başa çatmasını gözləyirdi. Əsas meydançanın ot örtüyünü ukraynalı mütəxəssislərin köməyi ilə dəyişdirən yevlaxlılar qazonun daha yaxşı vəziyyətdə olmasına xeyli müddət çalışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR