Bank Of Baku

“Turan” FİFA-ya Serbiyanın “Partizan” klubu ilə bağlı şikayət məktubu göndərib

“Turan” FİFA-ya Serbiyanın “Partizan” klubu ilə bağlı şikayət məktubu göndərib
# 24 yanvar 2007 09:15 (UTC +04:00)
“Turan” bolqarıstanlı legioneri Asen Nikolovun transfer vərəgəsini göndərmədiyinə görə Serbiyanın “Partizan” klubundan FİFA-ya şikayət edib. Bu barədə APA-ya klubun icraçı direktoru Yaşar Sultanov məlumat verib. Onun sözlərinə görə, FİFA-ya “Partizan”la bağlı rəsmi məktub bu gün səhər saatlarında göndərilib: “Serbiyalılar Asenin transfer vərəqəsini göndərmədiklərini ciddi səbəblə əsaslandırmırlar. Müqavilənin şərtlərinə əsasən Nikolova görə bizə çatacaq pul iki mərhələdə ödənilməli idi. 50 min dollar müqavilə bağlanan vaxt ödənilib. Qalan 50 min dollar isə ötən il sentyabrın 30-dək hesabımıza köçürülməli idi. Ancaq “Partizan” rəhbərliyi müqavilənin şərtlərini pozduğundan Asen artıq bizə məxsusdur. Bu səbəbdən futbolçunun transfer vərəqəsini bizə göndərməyə borcludurlar”. Y. Sultanovun sözlərinə görə, FİFA yaxın günlərdə “Turan”a cavab verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR