Bank Of Baku

“Bakı” MOİK komandası ilə oyuna itki ilə çıxacaq

“Bakı” MOİK komandası ilə oyuna itki ilə çıxacaq
# 24 yanvar 2007 11:27 (UTC +04:00)
Hazırda Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində 1/4 finala yüksələrək, Rusiyanın MOİK klubunun əvəzedici komandası ilə qarşılaşacaq “Bakı”nın heyətində zədəli futbolçularla bağlı problem yoxdur. Klubun mətbuat xidmətindən sport.apa.az saytına verilən məlumata görə, Estoniyanın “Levadiya” klubu ilə dünənki oyunda yüngül zədələnərək əvəzlənən Amiran Mucuri və Leandro Qomeşin durumu yaxşıdır. Bununla belə, “Bakı” rusiyalılara oyuna itki ilə çıxacaq. Estoniyalılarla görüşdə meydana sonradan çıxan yarımmüdafiəçi Ramal Hüseynovun aldığı sarı vərəqə turnirdə ikinci olduğundan, o, reqlamentə görə cəzalı duruma düşüb və bu səbəbdən MOİK-ə qarşı oynamayacaq. Əvəzində ikinci turda qırmızı vərəqə ilə meydandan qovulan müdafiəçi Rail Məlikovun cəzası bitdiyindən, moskvalılara qarşı forma geyinəcək. Qeyd edək ki, dünən MOİK-in “Reqar-TadAZ”la görüşünü canlı izləyən “Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev bu gün yerli vaxtla saat 19.00-da başlayacaq ¼ final mərhələsindəki oyunadək futbolçularını məşqə çıxarmayacaq. Komanda yalnız taktiki plan üzərində çalışacaq. /sport.apa.az/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR