Bank Of Baku

Kiyevin “Arsenal” klubu yığmamızın hücumçusu Nizami Hacıyevə iki illik müqavilə təklif edib

Kiyevin “Arsenal” klubu yığmamızın hücumçusu Nizami Hacıyevə iki illik müqavilə təklif edib
# 24 yanvar 2007 12:47 (UTC +04:00)
19 yaşlılardan ibarət Azərbaycan yığmasının hücumçusu Nizami Hacıyev karyerasını Ukraynada davam etdirə bilər. Hazırda “Olimpik”in şərəfini qoruyan futbolçumuz Kiyevin “Arsenal” klubundan dəvət alıb. Bu haqda “APA-Sport”a məlumat verən hücumçunun sözlərinə görə, kiyevlilər ona konkret müqavilə təklif ediblər: “Ukraynalılar mənim 19 yaşlılardan ibarət millimizin heyətində oyunumu görüb bəyəniblər. “Arsenal” klubunun rəhbərliyi mənimlə əlaqə saxlayıb və bu haqda danışmışıq. Özü də bu komanda məni baxışa çağırmayaraq, birbaşa müqavilə təklif ediblər. Bu müqavilənin müddəti iki illik nəzərdə tutulub. “Arsenal” məni əvəzedici yox, əsas komandasında görmək istəyir. Ancaq mənim hazırkı mövsümün sonunadək “Olimpik” klubu ilə müqaviləm olduğundan, özbaşına gedə bilmərəm”.
Qeyd edək ki, Ukraynanın yüksək liqasında çıxış edən “Arsenal” komandasının baş məşqçisi ötənlərin məşhur futbolçusu Aleksandr Zavarovdur. N.Hacıyevin sözlərinə görə, “Olimpik”lə “Arsenal” klubları arasında gedən danışıqlar hələlik yekunlaşmayıb. Hücumçumuzun karyerasını harada davam etdirəcəyinə fevralın 5-dək aydınlıq gələcək./APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR