Bank Of Baku

“Neftçi” Tofiq Bəhramov adına stadionu icarəyə götürmək üçün Gənclər və İdman Nazirliyinə müraciət edib

“Neftçi” Tofiq Bəhramov adına stadionu icarəyə götürmək üçün Gənclər və İdman Nazirliyinə müraciət edib
# 24 yanvar 2007 13:05 (UTC +04:00)
“Neftçi” futbol klubu Tofiq Bəhramov adına stadionu uzun müddətə icarəyə götürmək üçün Gənclər və İdman Nazirliyinə (GİN) müraciət edib. Bu barədə “APA-Sport”a GİN-in mətbuat katibi Raqif Abbasov məlumat verib. Onun sözlərinə görə, stadionun icarəyə verilib-verilməyəcəyi müzakirələrdən sonra müəyyənləşəcək: “Hazırda nazirlikdə “Neftçi” klubunun müraciətinə baxılır. Müəyyən müddətdən sonra müvafiq qərar veriləcək”. Qeyd edək ki, “Neftçi” klubunun rəhbərliyi milli çempionat, ölkə kuboku və qitə miqyaslı yarışlarda rəqiblərini bu arenada qəbul etməklə yanaşı, bəzi təmir-tikinti işləri ilə də məşğul olmaq və öz atributlarını stadionda yerləşdirmək istəyir. R. Abbasov isə bildirib ki, GİN hər bir klubun öz stadionunun olmasının tərəfdarıdır: “Amma bununla yanaşı, nəzərə almaq lazımdır ki, GİN-in balansında olan bu arenada dövlət əhəmiyyətli tədbirlər, eləcə də milli komandanın oyunları keçirilir. Bu və ya digər nüanslar müzakirə olunduqdan sonra təklifə cavab veriləcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR