Bank Of Baku

“MKT-Araz” Elnur Abbasovla müqavilə bağlayacaq

“MKT-Araz” Elnur Abbasovla müqavilə bağlayacaq
# 24 yanvar 2007 13:15 (UTC +04:00)
Müdafiəçi axtarışında olan İmişlinin “MKT-Araz” klubu “Karvan” komandasının transferə çıxardığı Elnur Abbasovun keçidini həll edib. Klubun vitse-prezidenti Əvəz Ağayevin “APA-Sport”a verdiyi məlumata görə, futbolçu ilə bu gün keçirilən görüşdə transfer məsələləri ilə bağlı razılıq əldə olunub: “Elnurla bir illik müqavilə imzalanması nəzərdə tutulub. Onun “Karvan”a müqavilə ilə bağlılığı olsa da, bu, bizə aid olan məsələ deyil. Bu problemi Abbasov özü həll etməlidir. Bunu Elnurun diqqətinə çatdırmışıq və o da bununla razılaşıb”.
Qeyd edək ki, “MKT-Araz” xeyli müddətdir maraqlandığı E.Abbasovun transferini Türkiyəyə yollananadək həll edə bilmədiyinə görə futbolçu komanda ilə birgə Antalyaya aparılmayıb. 23 yaşlı müdafiəçinin keçidi artıq rəsmiləşmək üzrə olduğundan qarşıdakı günlərdə yeni komandasında təlim-məşq toplanışına qatılmaq üçün Türkiyəyə yollanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR