Bank Of Baku

Türkiyə Futbol Federasiyasının prezidenti Haluk Ulusoyun məhkəmə prosesi başlayıb

Türkiyə Futbol Federasiyasının prezidenti Haluk Ulusoyun məhkəmə prosesi başlayıb
# 24 yanvar 2007 14:03 (UTC +04:00)
Ankarada Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Haluk Ulusoyun məhkəməsi başlanılıb. TFF rəhbəri ilə yanaşı, onun keçmiş müavinləri Ata Aksu, Orxan Saka, federasiyanın keçmiş maliyyə koordinatoru Haldun Kozakoğlu, Trabzonda aparılan inşaat işlərinə nəzarətçi Cahid Ərdəm və Sayim Adanur da məsuliyyətə cəlb ediliblər. “APA-sport”un Türkiyə bürosunun məlumatına görə, adıçəkilən şəxslər vəzifə səlahiyyətlərini aşmaqda və dövlətə maddi ziyan vurmaqda ittiham olunurlar. Prosesdə təqsirləndirilən şəxslərdən Sayim Adanur ittihamı qəbul etməyərək, qanunauyğun fəaliyyət göstərdiklərini bildirib. Haluk Ulusoyun vəkili Mətin Aslan da çıxışında irəli sürülən ittiham əsassız olduğu üçün cinayət işinə xitam verilməsini istəyib. Qeyd edək ki, irəli sürülən ittihamlar sübuta yetiriləcəyi təqdirdə, təqsirləndirilən şəxsləri 1 il 9 aydan 11 il 3 ayadək həbs cəzası gözləyir. /APA-sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR