Bank Of Baku

“Neftçi” “Braşov” klubuna məğlub olub

“Neftçi” “Braşov” klubuna məğlub olub
# 24 yanvar 2007 14:40 (UTC +04:00)
“Neftçi” Türkiyənin Antalya şəhərində bu gün keçirdiyi yoxlama oyununda məğlub olub. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının “APA-sport”a verdiyi məlumata görə, “Neftçi” 3:4 hesabı ilə uduzduğu Rumıniyanın “Braşov” klubuna qarşı əvəzedici heyəti çıxarıb. Komandamızın oyunda vurduğu hər üç qolun müəllifi Nadir Nəbiyev olub. Hücumçu qarşılaşmada komandasını iki dəfə hesabda irəli çıxarsa da, sonda üstünlük əldən verilib. S. Səfiyarlının sözlərinə görə, “Neftçi”nin əvəzedici heyətində yer almalı olan 20 yaşlı müdafiəçi Ruslan Abışov zədəli olduğundan fərdi proqram üzrə çalışır. Dördqat Azərbaycan çempionu bu gün axşam saatlarında əsas heyətlə Rumıniyanın “Otselul” klubuna qarşı oynayacaq. /APA-sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR