Bank Of Baku

“Kayserispor” klubunda çıxış edən İlqar Nəbiyev Azərbaycan yığmasına çağırılmayacaq

“Kayserispor” klubunda çıxış edən İlqar Nəbiyev Azərbaycan yığmasına çağırılmayacaq
# 24 yanvar 2007 15:30 (UTC +04:00)
Azərbaycan millisinin fevralın 7-də Özbəkistan yığması ilə səfərdə keçirəcəyi yoldaşlıq görüşündə Türkiyənin “Kayserispor” klubunun formasını geyən 18 yaşlı futbolçumuz İlqar Nəbiyev heyətdə yer almayacaq. Bu haqda “APA-Sport”a yığmanın baş məşqçisi Şahin Diniyev məlumat verib. Onun sözlərinə görə, İ.Nəbiyevi Özbəkistanla oyuna çağırmaq fikrində olsa da, futbolçunun səhhətindəki problem buna imkan verməyib: “İlqar möhkəm xəstə olduğundan, məşqlərdən kənar qalıb. Bu səbəbdən onun Özbəkistan yıgması ilə yoldaşlıq görüşünə çağırılmayacağını indidən dəqiq deyə bilərəm. İlqar yanvarın 26-da “Kayserispor” klubunun hazırlığına qatılacaq. Nəbiyevlə yanaşı, “Kayserispor” rəsmiləri ilə də görüşüb söhbətləşmişəm. Klub məşqçiləri ilə mütəmadi əlaqə saxlayıb, İlqarın hazırlıq durumu haqda məlumat alacam. Hər şey yaxşı olsa, Nəbiyevi sonrakı oyunlara çağıracağam”.
Qeyd edək ki, milli komandamızın Özbəkistanla yoldaşlıq görüşündən sonrakı sınağı martda Qazaxıstanda Nursultan Nazarbayevin şərəfinə keçiriləcək turnir olacaq. Baş məşqçi İ.Nəbiyevi Qazaxıstandakı turnirdə sınamaqla martın sonlarında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunları çərçivəsində Polşa ilə səfərdə, Finlandiya ilə Bakıdakı rəsmi görüşlərə çağırıb-çağırmamağı müəyyənləşdirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR