Bank Of Baku

2008-ci il Avropa çempionatının rəsmi devizi müəyyənləşib

2008-ci il Avropa çempionatının rəsmi devizi müəyyənləşib
# 24 yanvar 2007 15:54 (UTC +04:00)
2008-ci ilin iyunun 7-də İsveçrənin Bazel şəhərində başlanacaq Avropa çempionatının final mərhələsinin startına 500 gün qalmış turnir təşkilatçıları bu birinciliyin rəsmi devizini elan ediblər. “APA-Sport”un məlumatına görə, bu, “Emosiyalarına sərbəstlik ver!” şüarıdır. UEFA-nın icraçı direktoru Lars-Krister Olssonun sözlərinə görə, bu ifadə turnirin futbolçulardan könüllülərədək və azarkeşlərdən təşkilatçılaradək bütün iştirakçılara vermək istədiyi hər şeyi özündə birləşdirir: “Bu deviz Avropa çempionatının məğzini və nə verə biləcəyini, daha dəqiqi, istənilən zövqdə emosiyaları - sevinc, kədər, rahatlıq və final fitinədək əsəbi gərginliyi təsvir edir”. İcraçı direktorun fikirlərini Avstriya Futbol Assosiasiyasının prezidenti, qarşıdakı qitə çempionatının təşkilat komitəsinin rəhbəri Fridrix Ştikler, təşkilat komitəsinin üzvü və İsveçrə Futbol Assosiasiyasının prezidenti Ralf Tsloktsover də dəstəkləyib. Xatırladaq ki, 2008-ci il Avropa çempionatının final mərhələsi Avstriya və İsveçrədə təşkil olunacaq./APA-sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR