Bank Of Baku

“Xəzər-Lənkəran” sabah yenidən Dubaya yollanacaq

“Xəzər-Lənkəran” sabah yenidən Dubaya yollanacaq
# 24 yanvar 2007 16:26 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ikinci səfəri ərəfəsində keçirdiyi yoxlama oyununda “Ədliyyə” üzərində 8:0 hesablı qələbə qazanıb. “APA-Sport”un məlumatına görə, “Ədliyyə” stadionunda keçirilən bu qarşılaşmada Vüqar Nadirovla Rəşad Kərimov hərəyə iki, Emin Quliyev, Rəşad Abdullayev, Robert İlyeş və Zaur Ramazanov hərəyə bir qol vurub. Qeyd edək ki, “Xəzər-Lənkəran”ın transfer etmək istədiyi yeni legionerləri belaruslu Sergey Pavlyukoviçlə litvalı Darius Jutautas vətənlərində olduqlarından bugünkü görüşün iştirakçısı olmayıblar. Qeyd edək ki, lənkəranlılar sabah yenidən təlim-məşq toplanışı keçirmək üçün Dubaya yollanacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR