Bank Of Baku

“İnter” baxışa daha bir yarımmüdafiəçi çağırıb

“İnter” baxışa daha bir yarımmüdafiəçi çağırıb
# 24 yanvar 2007 16:36 (UTC +04:00)
Bakının “İnter” klubu baxışa çağırdığı litvalı yarımmüdafiəçi Andrius Qedqaudasın transferini reallaşdırıb. Bu haqda “APA-sport”a klubun baş direktoru Alı Alıyev məlumat verib. Legionerlə bağlanan müqavilənin müddətini açıqlamayan baş direktor bildirib ki, az öncə vətənindən qayıdan 29 yaşlı litvalı futbolçunu artıq hazırlığa qatılıb. Qeyd edək ki, A.Qedqaudas “İnter”ə Litvanın “Atlantas” klubundan gəlib. O, Klaypeda şəhərini təmsil edən bu klubda 2004-ci ildən çıxış edir. Onun transferindən sonra isə “İnter”in şərəfini qoruyan litvalı futbolçuların sayı ikiyə çatıb. Hazırda “İnter”də çıxış edən Valdas Trakis ötən yay Bakıya məhz “Atlantas” klubundan gəlmişdi. Bu arada “İnter” kluba baxışa daha bir legioner çağırıb. A.Qedqaudas kimi serbiyalı Venyamin İvanoviç də orta sahə oyunçusudur. Bu futbolçu son vaxtlar Bolqarıstanda çıxış edib. /APA-sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR