Bank Of Baku

Azərbaycan çempionu “Bakı” “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində mübarizəni dayandırıb

Azərbaycan çempionu “Bakı” “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində mübarizəni dayandırıb
# 25 yanvar 2007 08:36 (UTC +04:00)
Azərbaycan çempionu “Bakı” çıxış etdiyi “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində mübarizəni ¼ finalda dayandırıb. “APA-Sport”un məlumatına görə, komandamızla Moskvanın MOİK klubunun əvəzedici heyəti ilə oyununun əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Turnirin reqlamentinə görə, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. “Bakı”dan Andre Ladaqa ilə Elnur Abdullayevin zərbələrini MOİK-in qapıçısı dəf edib, Amiran Mucurinin zərbəsi isə yandan keçib. Komandamızın seneqallı qapıçısı Xalidu Sissoko rəqibin bir zərbəsini dəf etsə də, bu, “Bakı”ya kömək olmayıb. 3:2 hesablı qələbə qazanan MOİK yarımfinala vəsiqə qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR