Bank Of Baku

Azərbaycanlı hakim “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku”nun yarımfinal və final oyunlarına təyinat ala bilər

Azərbaycanlı hakim “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku”nun yarımfinal və final oyunlarına təyinat ala bilər
# 25 yanvar 2007 09:36 (UTC +04:00)
“MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində hakim kimi Azərbaycanı təmsil edən FİFA referisi Vüsal Əliyevə növbəti təyinat veriləcək. Bu haqda “APA-Sport”a məlumat verən Vüsal Əliyevin sözlərinə görə, turnirin yarımfinal və final oyunlarında meydana ən azından ehtiyat hakim qismində çıxa biləcək: “Dünən turnirin ¼ final mərhələsində Moldovanın “Şerif” və Belarusun BATE klubları arasındakı görüşdə idarəçiliyim uğurlu alındı. Turnirin Təşkilat Komitəsinin sədri Boris Pronin oyundan sonra mənim xüsusilə fiziki hazırlığımdan çox razı qaldığını bildirdi. O, hakimlərin təyinatı ilə də bağlı məsul şəxsdir. Məni turnirin qalan oyunlarına saxlayıblar. Əgər lazım olmasaydım, bu gün Moskvanı tərk edən “Bakı” ilə birgə Azərbaycana qayıtmalı olduğumu deyərdilər. Azərbaycan çempionunun turnirdə mübarizəni dayandırması yarımfinal və final oyunlarına təyinat almaq şanslarımı artırır. Turnirin qarşıdakı oyunları üçün saxlanılan hakimləri bu gün axşam bir araya toplayıb növbəti təyinatlar barədə məlumat verəcəklər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR