Bank Of Baku

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Rusiyaya təlim-məşq toplanışına yollanır

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Rusiyaya təlim-məşq toplanışına yollanır
# 25 yanvar 2007 10:21 (UTC +04:00)
Avropa çempionatının ikinci seçmə mərhələsinə hazırlaşan futbol üzrə Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası səfərə hazırlaşır. Millimiz yanvarın 31-dən fevralın 8-dək Rusiyanın Krasnodar vilayətində təlim-məşq toplantısında olacaq. Bu haqda “APA-Sport”a məlumat verən baş məşqçisi Arif Əsədov toplanış çərçivəsində 3 yoldaşlıq görüşü keçirəcəklərini bildirib: “Rusiyanın premyer-liqasında çıxış edən “Tom” və Nalçik şəhərinin “Spartak” klubunun əvəzedici heyətləri ilə qarşılaşacağıq. Üçüncü rəqibin adı hələ müəyyənləşməyib”. A.Əsədov toplanışa aparacağı futbolçuların adlarının iki günə açıqlayacağını vurğulamaqla yanaşı, Vaqif Cavadovun heyətə düşməyəcəyini bildirib. Mayın əvvəllərində Türkiyədə bu ölkənin 19 yaşlı futbolçuları ilə yoxlama görüşünün keçirilməsi barədə razılığın əldə olunduğunu qeyd edən baş məşqçinin sözlərinə görə, hələlik matçın konkret tarixi müəyyənləşməyib.
Xatırladaq ki, yeniyetmələrimiz aprelin 23-də və 25-də Bakıda gürcüstanlı həmyaşıdları ilə də yoxlama görüşü keçirməlidir. Avropa çempionatının ikinci qrup mərhələsində yığmamız 30 may 4 iyun aralığında Norveç, İspaniya və İslandiya ilə qarşılaşmalıdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR