Bank Of Baku

Ceyhun Sultanov: ““Bakı” daha yaxşı çıxış edib MOİK-i əsas vaxtda məğlub edə bilərdi”

Ceyhun Sultanov: ““Bakı” daha yaxşı çıxış edib MOİK-i əsas vaxtda məğlub edə bilərdi”
# 25 yanvar 2007 10:40 (UTC +04:00)
“İkinci dövrəyədək şərəfini qoruduğum “Bakı” klubunun “MDB və Baltikyanı ölkə çempionlarının Kuboku” turnirində çıxışını normal qiymətləndirirəm. Amma nəzərə alsaq ki, 1/4 finalda Azərbaycan çempionunun uduzduğu rəqib Rusiya çempionu MOİK-in əsas yox, əvəzedici heyəti idi”. Bu fikirləri “APA-Sport”a verdiyi açıqlamasında hazırda “Xəzər-Lənkəran”ın şərəfini qoruyan “Bakı” klubunun sabiq kapitanı Ceyhun Sultanov bildirib. Keçmiş komandasının mübarizəni penaltilər seriyasında dayandırmasını bəxt amili ilə əlaqələndirən C.Sultanovun sözlərinə görə, “Bakı” daha yaxşı çıxış edib rəqibini əsas vaxtda məğlub edə bilərdi. Futbolçu sabiq komandasında çıxış etdiyi yarımmüdafiəçi mövqeyinə cəlb edilən gürcüstanlı legioner Amiran Mucurinin baş məşqçi Böyükağa Hacıyev tərəfindən daha üstün oyunçu kimi qiymətləndirilməsinə də münasibət bildirib: “Bu, Böyükağa müəllimin fikridir. Deyə bilmərəm ki, o, aramızdakı münasibətlərə görə belə deyib. Mucuri də futbolçudur, mən də. Qarşıda hələ oyunlar var. Kimin güclü olub-olmayacağı gələcəkdə bilinəcək. Xüsusən də, ikinci dövrəyə təsadüf edəcək milli çempionat və ölkə kuboku matçlarında. Mucuridən güclü olduğumu iddia edə bilmərəm. “Bakı”da baxışda olduğu vaxt onun yaxşı futbolçu olduğunu görmüşdüm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR