Bank Of Baku

“Neftçi” Rumıniyanın “Otselul” klubuna məğlub olub

“Neftçi” Rumıniyanın “Otselul” klubuna məğlub olub
# 25 yanvar 2007 11:06 (UTC +04:00)
“Neftçi” Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesi çərçivəsində keçirdiyi növbəti yoxlama oyununda da qələbə qazana bilməyib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının “APA-Sport”a verdiyi məlumata görə, Rumıniya təmsilçisi “Otselul” ilə görüş 2:3 hesablı məglubiyyətlə nəticələnib. Komandamızın heyətində qolların müəllifləri Vadim Borets və Samir Əliyev olub. “Neftçi” yanvarın 28-də və fevralın 2-də keçirəcəyi yoxlama oyunlarında rəqiblərini dəyişməli olub. Buna əsas səbəb komandamız məskunlaşdığı “Topqapı” otelindən “Silent Park”a köçməsidir. Mühiti dəyişdirmək məqsədilə bu addımı atan “Neftçi” klubunun növbəti rəqibləri hələ dəqiqləşməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR