Bank Of Baku

“Karvan” Almaniyanın “Union Berlin” klubunu məğlub edib

“Karvan” Almaniyanın “Union Berlin” klubunu məğlub edib
# 25 yanvar 2007 11:54 (UTC +04:00)
Yevlaxın “Karvan” klubu təlim-məşq toplanışında olduğu Türkiyənin Antalya şəhərində keçirdiyi ikinci yoxlama oyununda da qələbə qazanıb. Klubun mətbuat katibi Aslan Şahgəldiyevin “APA-Sport”a verdiyi məlumata görə, Almaniyanın aşağı dəstəsində çıxış edən “Union Berlin” komandası üzərindəki 3:1 hesablı qələbədə qolların müəllifləri Vadim Vasilyev, Samir Abdulov və Eldar Hüseynov olub. S.Abdulovla E.Hüseynov ikinci hissədə meydana daxil olaraq fərqləniblər. V.Vasilyevə gəlincə, əsas heyətdə meydana çıxan bu təcrübəli hücumçu “Karvan” hələ Türkiyəyə yollananadək “Ədliyyə” ilə Bakıdakı görüşü də nəzərə alsaq, keçirilən hər üç yoxlama oyununda meydanı qolsuz tərk etməyib. “Karvan”ın qış fasiləsində “Olimpik” klubundan transfer etdiyi V.Vasilyev yeni komandasında artıq 4 qol vurub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR