Bank Of Baku

Böyükağa Ağayev: “Mən baş məşqçi olanda “Qarabağ” rəhbərliyi transferlərə pul ayırmadı”

Böyükağa Ağayev: “Mən baş məşqçi olanda “Qarabağ” rəhbərliyi transferlərə pul ayırmadı”
# 25 yanvar 2007 13:30 (UTC +04:00)
“XIV Milli çempionat başa çatdıqdan sonra mən heyətə beş yeni oyunçu cəlb etmək istəyirdim. Ancaq “Qarabağ” komandasının rəhbərliyi transferlərə pul ayırmadı”. Bu fikirləri “APA-Sport”a verdiyi açıqlamasında “Qarabağ” klubunun sabiq baş məşqçisi Böyükağa Ağayev söyləyib. Cari Milli çempionatın birinci dövrəsindən sonra qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərilmiş B.Ağayev yerinə təyin edilən türkiyəli Rasim Karanın komandada apardığı gəncləşdirmə siyasətini dəstəklədiyini bildirib: “Mən hələ xeyli əvvəl bildirmişdim ki, nəticə qazanmaq üçün iki yol var. Bunun üçün ya transferə çoxlu pullar xərclənməli, ya da heyətdə gəncləşdirmə aparılmalıdır. Lakin rəhbərlik yeni oyunçu transferinə müsbət yanaşmayaraq, mövcud heyətlə davam etməyi məqsədəuyğun saydı”. İstefaya göndərilməsini normal qarşıladığını vurğulayan B.Ağayev hələlik heç bir klubdan təklif almadığını söyləməklə yanaşı, milliləşdirilən müdafiəçi Sergey Sokolovun uzun müddətə cəzalandırılmasına da toxunub: “Sokolova ağrıkəsici iynə vurulub. Amma bu iynənin “Qarabağ” və ya milli komandanın düşərgəsində vurulduğunu dəqiq deyə bilmərəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR