Bank Of Baku

Füzuli Cavadov: “MOİK Vaqifi satmaqda maraqlıdır”

Füzuli Cavadov: “MOİK Vaqifi satmaqda maraqlıdır”
# 25 yanvar 2007 13:51 (UTC +04:00)
Moskvanın MOİK klubu milli komandamızın 18 yaşlı hücumçusu Vaqif Cavadovu satmaq fikrindədir. Bu haqda “APA-Sport”a futbolçunun atası Füzuli Cavadov məlumat verib. Onun sözlərinə görə, artıq oğlunun “Kocaelispor” klubuna keçəcəyinə inanmadığından başqa klub axtarır: “Düzdür, hələlik “Kocaelispor” variantının üzərindən tam xətt çəkilməyib. Danışıqlar davam etsə də, indidən böyük ehtimalla bu variantın reallaşmayacağını demək olar. Ona görə ki, “Kocaelispor”un çıxış etdiyi Türkiyənin ikinci liqasında mübarizəyə fevralın 8-də start veriləcək. “Transfer pəncərəsi” isə yanvarın 31-də bağlanır. Hər halda, həftənin sonunadək məsələyə tam aydınlıq gələcək. Hazırda Türkiyədə olan Vaqifin meneceri Süleyman Akından cavab gözləyirik”.
Qeyd edək ki, həftənin əvvəlindən Bakıda olan V.Cavadov sabah Moskvaya yollanacaq. Futbolçu MOİK-in əvəzedici komandasında çıxış etmək istəmədiyi kimi, klub rəhbərliyi də onu heyətdə saxlamaq fikrində deyil. F.Cavadovun sözlərinə görə, buna səbəb MOİK klubunun heyətə yeni futbolçular cəlb etməsidir: “Komanda artıq 1990-cı il təvəllüdlüləri heyətə dəvət etdiyindən, Vaqif kimi 1989-cu ildə anadan olanları başqa klublara yerləşdirmək fikrindədir. Bu daha çox icarə formasında nəzərdə tutulub. Ancaq Vaqifə görə, konkret 50 min dollar transfer məbləği qoyulursa, deməli, MOİK onu satmaqda maraqlıdır. Vaqif MOİK-in oyunçusu sayılır və hələlik bu klubdan məvacib alacaq. Onun Moskvaya yollanmasından sonra karyerasını harada davam etdirməsinə aydınlıq gələcək. Oğlumun vətəndə çıxış etmək variantına baxmağa da hazırıq. Ancaq hələ ki klublarımızdan təklif almamışıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR