Bank Of Baku

“Xəzər-Lənkəran” Sergey Pavlyukoviç və Darius Jutautasla müqaviləni rəsmiləşdirib

“Xəzər-Lənkəran” Sergey Pavlyukoviç və Darius Jutautasla müqaviləni rəsmiləşdirib
# 25 yanvar 2007 14:31 (UTC +04:00)
Bu gün axşam saatlarında yenidən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təlim-məşq toplanışına yollanacaq “Xəzər-Lənkəran” baxışa çağırdığı legionerləri - belaruslu Sergey Pavlyukoviç və litvalı Darius Jutautasın transferini reallaşdırıb. Bu haqda “APA-Sport”a məlumat verən klubun mətbuat katibi Zaur Əzizovun sözlərinə görə, artıq hər iki legionerlə rəsmi müqavilə imzalanıb. Qeyd edək ki, həm S.Pavlyukoviç, həm də D.Jutautasla bağlanan müqavilələrin müddəti ilyarımlıqdır. “Xəzər-Lənkəran”ın yeni futbolçuları son vaxtlar vətənlərində çıxış etsələr də, legioner kimi Rusiyada çıxış etdikləri dövrdən təcrübələri böyükdür. Belə ki, 33 yaşlı S.Pavlyukoviç Permin “Amkar”, 29 yaşlı D.Jutautas isə Vladigafgazın “Alaniya” klubunun heyətində Rusiya premyer-liqasında çıxş ediblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR