Bank Of Baku

FİFA və UEFA Makedoniya hökumətinə xəbərdarlıq edib

FİFA və UEFA Makedoniya hökumətinə xəbərdarlıq edib
# 25 yanvar 2007 14:48 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Avropa Futbol Federasiyaları İttifaqı (UEFA) ilə birgə Makedoniya Futbol Federasiyasında (MFF) baş verən qalmaqalla bağlı rəsmi mövqeyini açıqlayıblar. “APA-Sport”un məlumatına görə, yanvarın 15-də MFF mənzil-qərargahının bağlanması, eləcə də, bir neçə rəhbər şəxsinin tutulması ilə əlaqədar Makedoniyanın Daxili İşlər Nazirliyinə (DİN) ünvanlanan müraciətdə, hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərinin təəccüblə qarşılandığı qeyd olunub. Ali futbol təşkilatları həmçinin Makedoniya rəhbərliyinə müraciət edərək vəziyyəti normallaşdırmağı və federasiyanın işinə müdaxiləni dayandırmağı xahiş edilib. Birgə press-relizdə həmçinin vurğulanıb ki, FİFA Nizamnaməsinin 17-ci maddəsinə zidd olan hökumətin federasiyanın işinə müdaxiləsi dayandırılmasa, FİFA və UEFA yaxın günlərdə hansı tədbirlər görəcəyini müəyyənləşdirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR