Bank Of Baku

“Tottenhem” oyun keçirmədən UEFA Kubokunun növbəti mərhələsinə yüksəlib

“Tottenhem” oyun keçirmədən UEFA Kubokunun növbəti mərhələsinə yüksəlib
# 25 yanvar 2007 14:52 (UTC +04:00)
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Hollandiyanın “Feyenoord” klubunu UEFA Kubokundan kənarlaşdırdıqdan sonra İngiltərənin “Tottenhem” komandasının birbaşa 1/8 final mərhələsinə yüksəlməsinə dair qərar çıxarıb. “APA-Sport”un məlumatına görə, “Feyenoord” UEFA Kubokunun qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransanın “Nansi” klubu ilə cavab oyununda azarkeşlərinin meydançaya soxularaq çaxnaşma törətmələri səbəbindən turnirdən kənarlaşdırılıb. Qeyd edək ki, 1/16 final mərhələsinin püşkünə əsasən, “Feyenoord” “Tottenhem” klubu ilə qarşılaşmalı idi. Lakin UEFA Nizam-İntizam Komitəsinin çıxardığı qərardan sonra 1/16 finalda rəqibsiz qalan “Tottenhem” 1/8 finalda “Braqa” (Portuqaliya) “Parma” (İtaliya) görüşünün qalibi ilə keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR