Bank Of Baku

“Şahdağ” Tiflisin “Dinamo” klubuna uduzub

“Şahdağ” Tiflisin “Dinamo” klubuna uduzub
# 25 yanvar 2007 15:20 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq toplanışında olan Qusarın “Şahdağ” klubu bu gün yerli “Dinamo” ilə yoxlama oyununda məğlub olub. Bu haqda “APA-Sport”a klubun baş məşqçisi Bəhram Şahquliyev məlumat verib. Onun sözlərinə görə, 0:2 hesabı ilə uduzduqları görüşdə qolların birini meydan sahibləri vursa da, digəri qapılarından avtoqolla keçib. Avtoqolun müəllifi isə 19 yaşlılardan ibarət yığmamızın milliləşdirilən müdafiəçisi İbrahim Mirzəməhəmmədov olub. “Dinamo” ilə görüşədək Əhməd Ticaninin qolu ilə “Zestafoni” ilə 1:1 hesablı bərabərliyə qalan “Şahdağ” növbəti yoxlama oyununu yanvarın 27-də “Borjomi” klubuna qarşı keçirəcək. Komandamız bu sınaq matçı ilə Tiflis toplanışını başa vuraraq vətənə dönəcək.
Qeyd edək ki, Tiflisdə hazırlıq keçən digər elita klubumuz Zaqatalanın “Simurq” komandası sabah yoxlama oyunu keçirəcək. Rəqib Gürcüstan çempionatının hazırkı lideri “Olimpi” klubudur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR