Bank Of Baku

Gürcüstan çempionatının lideri Bakıya gələcək

Gürcüstan çempionatının lideri Bakıya gələcək
# 25 yanvar 2007 16:12 (UTC +04:00)
İkinci dövrəyə hazırlıq məqsədilə Türkiyəyə yollana bilməyən “Olimpik” bu gün “Uzun Ömür” otelində təlim-məşq toplanışına yıgışıb. Klubun mətbuat katibi Eldəniz Yusifovun “APA-Sport”a verdiyi məlumata görə, fevralın 3-dək davam edəcək bu toplanışda məşqlər gündə iki dəfə olmaqla, “Şəfa” stadionunda keçiriləcək. Komandanın keçirəcəyi yoxlama oyunlarının tarixi və rəqiblər də dəqiqləşib. Belə ki, “Olimpik” yanvarın 28-də birinci dəstə komandası “Bakılı”, bundan üç gün sonra sonra “Qarabağ” klubu ilə üz-üzə gələcək. Komandanın Gürcüstan çempionatının hazırkı lideri “Olimpi” ilə yoxlama oyunu da qüvvə qalır. Ancaq bu komandalar arasındakı görüşün Tiflisdə keçiriləcəyi planlaşdırılsa da, qarşılıqlı razılığa əsasən, oyun fevralın 4-də Bakıda baş tutacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR