Bank Of Baku

Azərbaycanlı hakim Vüsal Əliyev “Ventspils” MOİK görüşünə təyinat alıb

Azərbaycanlı hakim Vüsal Əliyev “Ventspils”  MOİK görüşünə təyinat alıb
# 26 yanvar 2007 08:31 (UTC +04:00)
“MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində hakim qismində Azərbaycanı təmsil edən FİFA referisi Vüsal Əliyev yarımfinal qarşılaşmasına təyinat alıb. Bu haqda “APA-Sport”a Vüsal Əliyevin özü məlumat verib. Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 19:00-da Moskvanın MOİK klubunun əvəzedici komandası ilə “Ventspils” (Latviya) arasındakı oyuna ehtiyat hakim çıxacaq: “Bu gün keçiriləcək yarımfinal oyunlarını idarə etmək qazaxıstanlı və estoniyalı hakimlərə tapşırılıb. Mən qazaxıstanlı İqor Kisterin başçılıq etdiyi briqadaya daxil edilmişəm. Qazaxıstanlı və estoniyalı hakimlər artıq vətənlərinə biletlərini aldıqlarından yarımfinal oyunlarından sonra vətənlərinə dönəcəklər. Mənə isə hələ bu haqda heç nə deməyiblər. Rusiyanı nəzərə almasaq, turnirdə mənimlə yanaşı, moldovalı və ukraynalı hakimlər qalıb. Bu gün “Şerif” finala çıxsa, moldovalı hakimi də geri göndərəcəklər. Belə olan halda, final oyununu idarə etmək şanslarım artır”. V.Əliyev həmçinin bildirib ki, MOİK finala vəsiqə qazana bilməsə, turnirin həlledici qarşılaşmasını rusiyalı hakimlərə tapşırılacaq. Bu halda isə, həmyerlimiz final oyununa ehtiyat hakim qismində çıxa bilər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR